Son bir neçə ay ərzində klubumuzla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı. Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilmiş və müqaviləyə xitam verilmişdir.

Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunmuşdur. Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik.


Karvan Yevlax Futbol klubu məşqçilər heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayır.