Hazırlıq mərhələsini davam etdirən komandamız növbəti yoldaşlıq görüşündə "Kəpəz" kollektivi ilə qarşılaşaraq öz qüvvəsini sınayıb. Meydanda yüksək tempin və gərgin mübarizənin hakim olduğu bu sınaq matçında baş məşqçimiz müxtəlif taktiki sxemləri yoxlamaqla yanaşı, futbolçuların fiziki hazırlıq səviyyəsini də yaxından dəyərləndirmək imkanı qazanıb. Həm hücum, həm də müdafiə xəttində maraqlı epizodlarla yadda qalan qarşılaşma komandamızın rəsmi oyunlar öncəsi formasını bərpa etməsi baxımından faydalı məşq sınağı olub. Həmin matçdan obyektivimizə tuş gələn ən maraqlı anları təqdim edirik.