Maraqlı oyun alındı. İki tərəf də meydanda mübarizə apardı. Futbolçularımın döyüşkənliyi məni sevindirdi. Çox çalışırıq ki, qol buraxmayaq. Təəssüf ki, oyun ərzində rəqib çox qol epizodu yaratmadı, amma diqqətsizliyimizdən penalti qazandılar. Bizim daha yaxşı imkanlarımız var idi. Daha erkən qol vura bilərdik. Futbolçuların döyüşkənliyinə görə onlara təşəkkür etdim. Qələbəyə köklənmişdik. Futbolçular da çox istəkli idilər.
