Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizi bu gün böyük ehtiramla anırıq.
44 günlük Vətən Müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıq tarixin ən şərəfli səhifələrində əbədi yaşayacaq. Onların qanı bahasına torpaqlarımız işğaldan azad olundu, bayrağımız Şuşada, Xankəndidə, Ağdamda dalğalandı.
"Karvan" Futbol Klubu olaraq şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ailələrinə və doğmalarına səbir diləyirik. Ruhları şad, məkanları cənnət olsun!
Şəhidlərimiz unudulmur, Vətən uğrunda döyüşən hər bir qəhrəmanımız qəlbimizdə yaşayır.
