"Çox maraqlı oyun oldu. Sona qədər mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, "Zirə" yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Bir standart vəziyyətdə qapımızda qol gördük. Hesabı bərabərləşdirmək istəyirdik. Oyunun gedişatında sistemdə dəyişiklik etdik, hücumçuların sayını artırdıq. Təəssüf ki, qol vura bilmədik. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq".