Bilirdik ki, çətin oyun olacaq. "Sabah" çox güclü komandadır. Turnir cədvəli bunu göstərir. Oyuna çox diqqətli hazırlaşmışdıq. Çalışırdıq ki, ən azı məğlub olmayaq. Qırmızı vərəqə oyuna çox təsir etdi. "Sabah" kimi komandaya qarşı 11 nəfərlə də oynamaq çətindir. 10 nəfər qaldıqdan sonra boşluqlar verməyə başladıq. Həm müdafiə xəttinin, həm də qapıçımızın yaxşı oyunu sayəsində birinci hissə bərabərliklə yekunlaşdı. İkinci yarıda artıq səhvlər özünü göstərdi. Nəticədə qol buraxdıq. Futbolçularım meydanda vuruşdular. Onlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çempionat hələ davam edir. Sona qədər mübarizə aparacağıq.
