Misli Premyer Liqasının növbəti turunda futbol həyəcanı Yevlaxa qayıdır. “Karvan” FK doğma meydanda ölkə futbolunun ən titullu klublarından biri olan “Neftçi” PFK-ni qəbul edəcək. Qarşılaşma 20 dekabr tarixində Yevlax Şəhər Stadionunda keçiriləcək və oyun saat 14:00-da start götürəcək. 
Komandamız bu prinsipial görüşə yüksək motivasiya ilə hazırlaşır. Futbolçularımız doğma tribunaların dəstəyi ilə meydanda sona qədər mübarizə apararaq azarkeşlərini sevindirməyə çalışacaqlar. 
Böyük futbol həyəcanını canlı yaşamaq və “Karvan”a dəstək olmaq üçün bütün azarkeşlərimizi stadiona gözləyirik!