Komandamızın U-14 və U-15 komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib. Tədbir Yevlax şəhər stadionunda təşkil olunub. Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
