Komandamızın baş məşqçisi Fizuli Məmmədov, futbolçulardan Kamran İbrahimov, Peter Kinqs, Qavi Thompson, Şaquli Sno, Vüsal Məsimov, Moise, Olavale Doyeni və komandamızın direktoru Elvin Əjdərli Yevlax rayonunda yerləşən 3 nömrəli tam orta məktəbdə görüş keçiriblər. Tədbirdə məktəbin müəllim və şagird heyəti, həmçinin bəzi fəal azarkeşlər iştirak ediblər. Tədbirdə çıxış edən Fizuli Məmmədov yerli uşaqları futbola cəlb etmək üçün görüləcək işlərdən danışıb. Bundan sonra isə müəllim və şagirdlərlə komanda üzvləri arasında səmimi söhbət olub.Sonda xatirə şəkli çəkilib.
