Klubumuza yeni baş məşqçi təyinatı reallaşıb.

Klub rəhbərliyinin qərarına əsasən bir müddət klubumuzda məşqçi kimi fəaliyyət göstərən Fizuli Məmmədov mövsümün sonunadək öz məşqçi heyəti ilə birlikdə Karvan Yevlax Futbol Klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.

Bu təyinat təsadüfi deyil. Fizuli Məmmədovun xarakteri, mübariz ruhu və futbol fəlsəfəsi Karvanın ruhu ilə üst-üstə düşür. Qarşıdakı dövrdə komandamızdan yalnız nəticə deyil, meydanda xarakter, əzm və qalibiyyətə inam görəcəyik.

Karvan Yevlax Futbol Klubu olaraq məqsədimiz aydındır: güclü komanda qurmaq, azarkeşlərimizin etimadını doğrultmaq və Karvan adını layiq olduğu yerə qaytarmaq. Bu yolda Fizuli Məmmədov və onun məşqçi heyətinə tam etibar edirik.

Yeni baş məşqçimizə bu məsuliyyətli və şərəfli yolda uğurlar arzulayır, Karvan ailəsini böyük qələbələrin gözlədiyinə inanırıq.