Komandamızın baş məşqçisi Fizuli Məmmədov “Karvan-Yevlax”- “Araz Naxçıvan” matçından sonra jurnalistlərin suallarını cavablandırıb
“Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq. Birinci hissədə bir neçə qol epizodu yaratdıq. Amma qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır. “Araz-Naxçıvan” keyfiyyət baxımından bizi üstələdi. Əllərinə düşən bir imkandan istifadə etdilər. İkinci yarıda oyunu çevirmək istəyirdik. Penaltidən sonra çətin oldu. Əvəzetmələrlə oyunu gücləndirmək istədik. Keyfiyyət amili baxımından rəqibə məğlub olduq.”