http://www.milonic.com/
 
 
 
 
 
 
 
Klubumuz
KARVAN İdman Klubu ölkə prezidenti İlham Əliyevin idman sahəsində xüsusi diqqət və qayğısının təzahürü olaraq, 11 iyun 2004-cu ildə Yevlax şəhəridə təsis edilmişdir. Əsas məqsədimiz ölkədə gedən ümumi inkişafa qoşulmaq, Azərbaycan Futbolunu inkişaf etdirmək və bu sahədə öz sözünü deməkdir. Bu məqsədlə də bir sıra işlər görülmüş, Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur. Cari mövsümün klublar qarşısında yeni tələblər qoyduğunu nəzərə alan klub rəhbərliyi oyunçular üçün Kür çayının sahilində yeni düşərgə inşa etdirmişdir. Müasir tələblərə cavab verən bu kompleksdə komandamızın qalması üçün hər cür şərait yaradılmış , oyunçuların asudə vaxtının səməri keçirməsi üçün internet zalı, oyun salonu, qapalı hovuz, sauna, voleybol, basketbol , tennis meydançaları, fitnes zalı fəaliyyət göstərir. Beynəlxalq standartlara cavab verən 2 ədəd təbii, 1 ədəd sünii və qum örtüklü futbol meydançaları, həmçinin futbol internet məktəbi yaradılmışdır. Baş məşqçi və ailəli futbolçuların rahatlığı üçün xüsusi kotejlər tikilmişdir.Komandanın sponsoru Azneftemaş ASC-dir. Çempionata qoşulduğu ilk mövsümdən KARVAN İdman Klubu uğurlu çıxış edib, güclülər dəstəsin in favoritinə çevrilmişdir. İdman sahəsində ən qabaqcıl təcrübələrdən bəhrələnən komandamız çox saylı azərkeşlərin dəstəyi ilə çempionluq uğrunda mübarizədən qalib çıxıb, Azərbaycan futbolunu dünyaya tanıtmağı qarşısına məqsəd qoymuşdur. Klubumuz XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın Lex klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandamızın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komandamız bu yarışda ikinci heyətlə təmsil olunmuşdur. Komandamızın avrokuboklarda ilk qoluna Yuri Muzıka imza atmışdır. XIV Milli Çempionatı ikinci yerdə başa vuran KARVAN Azərbaycnı UEFA Kuboku uğrunda yarışlarda təmsil etmək hüququ qazanmış və bunun öhdəsindən layiqincə gəlmişdir. İyunun 23-də UEFA-nın Nyondakı mənzil-qərargahında UEFA Kubokunun püşkü atilarkən mütəxəssislər KARVANın bəxtinə çətin rəqib düşdüyünü bildirirdilər. Doğrudan da Slovakiya Çempionatı ilə Azərbaycan birinciliyinin müqayisə etdikdə rəqibin daha güclü olduğunu görərik. Beləliklə, püşkə əsas ilk təsnifat mərhələsində üz-üzə gəlməli olan KARVANla Trnava Spartakının duelində şanslı tərəf kimi məhz Spartakın adı çəkilirdi. Amma bu cür fikirləşənlər iyulun 13-də Bakıda oynanılan ilk matçdan sonra fikirlərini dəyişməli oldular. 6 mindən artıq azərkeşin dəstəyi altındaKARVAN Spartakla mücadilədə əvvəldən-axıradək oyuna nəzarəti öz əlində saxladı. Həmin gün meydanda yalnız bir komanda var idi KARVAN!!! İnanılmaz üstünlüyə baxmayaraq futbolçularımız çoxsaylı qol imkanlarının yalnız birindən yararlana bildi. 1 0 hesabı ilə qalıib gələn KARVANcavab görüşü üçün üstünlük qazandı. İyulun 27-də Slovakiyada Spartak KARVANoyununa start verildi. Bu matçda da qələbə bizim oldu.Final fiti KARVANin 1-0 hasablı qələbəsini rəsmiləşdirdi. Bu Azərbaycan futbolunda yeni səhifənin açılması demək idi KARVAN UEFA Kuboku turnurundə mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını Respublikamızın tarixinə yazdı. Komanda bunu hər iki oyunda qələbə qazanmarla və ən əsası heç bir oyunda qol buraxmamaqla etdi. Qazanılan bu uğur BeynəlxalFutbol Tarixi və Statistikası Federasiyasının reytinq cədvəlində öz əksini tapdı və KARVAN dünyanın 350 ən güclü klubu sırasında 185-ci pillədə qəraralaşdı. UEFA kubokunun 2-ci mərhələsində də Karvan kifayət qədər məzmunlu oyun göstərdi. Bu dəfəki rəqib qitə səhnəsində özündən söz etdirən bir klub Çexiya Slaviyası idi. Çexlərə evdə 0-2 hesabi ilə uduzsa da, komandamız səfər görüşündə heç-heçəyə nail oldu 0-0. KARVAN avroklublarda uğurlu çıxışına görə qazandığı 5 reytinq balı isə Azərbaycanın UEFA-ya daxil olan 52 ölkə arasında mövqeyini xeyli yaxşılaşdırmasına səbəb oldu. Bu, cəmi 2 yaşını qeyd edən bir klubun Azərbaycan futboluna verdiyi töhvəsi idi. Amma bu son hədd deyil. KARVAN bundan sonra da Azərbaycan futbolunun inkişafı üçün durmadan çalışacaq və ölkəmizin adını hımişə yüksəkdə tutacaq! Klubumuz bu il də XVIII Azərbaycan çempionatının və kuboku uğrunda yarışların ən iddialı komandalarından biridir. Komandamızın apardığı düzgün transfer siyasəti, təlim-məşq toplanışında qazanılmış uğurlu nəticələr KARVANın bu il də göstərdiyi oyun və qazandığı nəticələrlə mövsümü mükafatçılar sırasında bitirəcəyinə və ölkəmizi Avropanın futbol arenasında layiqincə təmsil edəcəyinə inanmağa əsas verir.






?