U-15 komandamızın üzvü Ramin Nəsibov Azərbaycan Futbol Federasiyası tərəfindən mükafatlandırılıb.Hücumçu cari mövsümdə komandamızın heyətində rəqib qapılara 27 qol vurmağa müəssər olub. Raminə mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Neftçi” klubunun kapitanı Emin Mahmudov təqdim ediblər. Qeyd edək ki, Ramin Nəsibov gələn mövsümdən əsas komandamızın heyətinə cəlb olunacaq.
