“Karvan-Yevlax” Futbol Klubu fiziki məhdudiyyətli gənc Anar Əzizovun ailəsini ziyarət edib və ona xüsusi hədiyyələr təqdim edib. Görüşdə klub nümayəndələri və komanda üzvləri iştirak ediblər. Serebral iflic xəstəliyindən əziyyət çəkən Anarın futbola olan böyük sevgisi və həyat hekayəsi klub rəhbərliyi və üzvləri tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.Ziyarət zamanı komandanın rəsmi forması da gənc futbolsevərə təqdim olunub. Klubun prezidenti Şahmar Vəliyevin Anara ünvanladığı xoş arzular və sağlamlıq diləkləri ailəyə çatdırılıb. Qeyd edək ki, klub olaraq əsas məqsədlərimizdən biri cəmiyyətin həssas təbəqələrinə dəstək olmaq və sosial məsuliyyət təşəbbüslərini davam etdirməyi qarşımıza məqsəd qoymuşuq.
