Klubumuzun rəhbərliyinin və futbolçularının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Yevlax şəhər stadionunun ərazisində ümumilikdə 100-dən çox müxtəlif növ ağaclar əkilib.Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, gənc nəsillərin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.