Komandamızın baş məşqçisi Fizuli Məmmədov “Qəbələ”-“Karvan-Yevlax” matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

“Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Amma çətin oldu. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün bir xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram”.