Komandamız Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Oyun sonrası mətbuat konfransında komandamızın məşqçisi Fizuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb. “Gərgin oyun oldu. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Futbolçularım bu gün çox əzmkarlıq, fədakarlıq göstərdilər. Hər bir futbolçuya təşəkkür edirəm. Uduzduq. "Qarabağ"a qalib gəlmək çətindir. Kubokda mübarizəni dayandırdıq, bundan sonra çempionata köklənəcəyik. Bütün matçlara maksimum nəticə üçün çıxacağıq.Hər oyundan qabaq və sonra həm rəqibi, həm də özümüzü təhlil edirik. Səbəb aydındır. Futbolçularımız fiziki cəhətdən tam hazır deyillər. Məşqlərdə çox əzmkarlıq göstərirlər. "Qarabağ"a qarşı oynamaq çətin olur. 80-ci dəqiqədən sonra bir az yorğunluq hiss edilir. Onda da səhvlər yaranır. "Qarabağ"ın futbolçuları da kiçik səhvlər edir.”