"KARVAN" İdman Klubu yeni yaranmasına baxmayaraq, kifayət qədər böyük azarkeş kütləsinə malikdir. Göstərdiyi oyun və qazandığı nəticələrlə daima yüksək yerləri hədəfləyən Klubumuzun ev oyunlarında olduğu kimi, istənilən səfər oyunlarında da "ağ-qaralar"a tam dəstək verən azarkeşlərimizin sırası ölkə hüdudlarını aşmaqdadır. Artıq Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Polşa, Fransa, Türkmənistan, Kanada, Braziliya, Avstraliya kimi ölkələrdən "KARVAN" azarkeşlərinin səsi gəlir.
"KARVAN"ın daha bir azarkeşi - alpinist Faiq Mürsəqulov isə sevimli komandasının bayrağını Azərbaycanın və Dünyanın dağ zirvələrində ucaltmaqla Kluba bağlılığını nümayiş etdirdi.
Faiq Mürsəqulovla birlikdə "KARVAN"ın fəth etdiyi zirvələr:
Kordilyer sıra dağlarının ən hündür zirvəsi - Mak-Kinli (6194 m.)
Türkiyə: Ağrıdağ (5137 m.)
Azərbaycan: Şahdağ (4243 m.)
|